"Kubinka"da söküntü işlərində PROBLEM - 3500 manat...

Hazırda oxunan: "Kubinka"da söküntü işlərində PROBLEM - 3500 manat...
131362
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda Nəsimi rayonu ərazisində "Kubinka" adlanan ərazidə aparılan söküntü işləri ilə bağlı problem yaranıb.

Bizim.Media "Baku.ws"ə istinadən xəbər verir ki, buna səbəb yerli sakinlərin sökülən evləri qarşılığında daha çox kompensasiya tələb etməsidir.

Belə ki, söküntünü icra edən şirkət sakinlərlə 3 min manat kompensasiya məbləğində razılaşıb. Bir çox sakin də bu təklifi qəbul edərək razılıq ərizəsi imzalayb.

Lakin bəzi sakinlər kompensasiya məbləğinin artırılaraq 3500 manat olmasını tələb ediblər. Bundan sonra isə şirkət həm söküntü işlərini, həm də kompensasiya verilməsini dayandırıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, hazırda "Kubinka”da pilot layihə çərçivəsində hissə-hissə söküntü işləri aparılır, artıq 4 iri layihə icra olunaraq yekunlaşmaq üzrədir. Sökülən evlərə kompensasiya ödənilməsi isə bu ərazidə tikinti işləri aparan şirkətlərlə sakinlər arasında razılaşdırılır.
Kompensasiya istəyən şəxslərə yerində ödəniş edilir, mənzil istəyən sakinlərə isə 20 kvadrat metr əlavə sahəsi olan mənzil təklif olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO