DİM buraxılış imtahanındakı test tapşırıqlarının izahını AÇIQLADI 

DİM buraxılış imtahanındakı test tapşırıqlarının izahını AÇIQLADI 

Hazırda oxunan: DİM buraxılış imtahanındakı test tapşırıqlarının izahını AÇIQLADI 
130278
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət İmtahan Mərkəzi martın 12-də keçirilmiş buraxılış imtahanında istifadə olunan test tapşırıqlarının izahını açıqlayıb.

Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib.

İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqlarının izahı və onların dövlət standartları, eləcə də tədris proqramına uyğunluğu ilə tanış ola bilərlər.

Cədvəllərdə siniflər üzrə fənn kurikulumu alt standartlarının ümumi sayı, 11-ci sinif buraxılış imtahanlarında yoxlanıla bilən altstandartların sayı və faktiki imtahanda yoxlanılan alt standartların sayı göstərilib.

Təqdim olunan izahlarda isə hər bir tapşırığın konkret olaraq hansı standartı yoxlamağa xidmət etdiyini də görə bilərsiniz.

Martın 12-də keçirilən imtahanların nəticələrinin növbəti həftə ərzində elan olunması nəzərdə tutulur. Hər bir şagird öz imtahan nəticəsi səhifəsinə daxil olub yazdıqları cavablar, həmçinin yazılı cavab tələb edən tapşırıqlar üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola biləcək.

QEYD: Martın 5-də keçirilmiş buraxılış imtahanında istifadə olunan test tapşırıqlarının izahı və standartlara uyğunluğu ötən həftə təqdim olunub. Müvafiq xəbərdə keçidlərə (//dim.gov.az/news/10714/) daxil olub həmin materiallarla tanış olmaq mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO