Göyçayda AĞIR QƏZA – 74 yaşlı kişi ÖLDÜ  

Göyçayda AĞIR QƏZA – 74 yaşlı kişi ÖLDÜ  

Hazırda oxunan: Göyçayda AĞIR QƏZA – 74 yaşlı kişi ÖLDÜ  
126475
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Göyçayın Qarabaqqal kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayon sakini Əhməd Çərkəzov idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, 1949-cu il təvəllüdlü Rafiq Hacıyevi vurub.  

Yaralı təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti ağırlaşan Rafiq Hacıyev daha sonra Bakı şəhər 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. O, həkimlərin səyinə baxmayaraq xəstəxanada dünyasını dəyişib. 
Faktla bağlı araşdırma aparılır. 

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO