Lənkəran Dövlət Universitetinin prorektoruna şiddətli TÖHMƏT VERİLİB 

Lənkəran Dövlət Universitetinin prorektoruna şiddətli TÖHMƏT VERİLİB 

Hazırda oxunan: Lənkəran Dövlət Universitetinin prorektoruna şiddətli TÖHMƏT VERİLİB 
125499
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Martın 14-ü gecə saatlarında Lənkəran Dövlət Universitetinin rəsmi feysbuk səhifəsində adminstrator Ənvər Şahqubadbəylinin səhlənkarlığı səbəbindən Qida Təhlükəsizliyi Agentliyi Lənkəran Regional Bölməsi ilə bağlı qərəzli, universitetin maraqlarını və həqiqəti əks etdirməyən, bu ali təhsil ocağının mənafeyinə uyğun olmayan yazı dərc edilib.

Həmin yazıda, həmçinin universitetə ünvanlanmış, LDU-nun Təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektoru Azər Əliyevin sərəncamında olan rəsmi məktubdan istifadə edilib”.
Bizim.Media xəbər verir ki, bu barədə Lənkəran Dövlət Universitetinin yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, həmin paylaşım universitetin rəsmi mövqeyini əks etdirmir:

“LDU-nun Mətbuat xidməti olaraq bir daha media qurumlarının, sosial şəbəkə istifadəçilərinin və Qida Təhlükəsizliyi Agentliyi Lənkəran Regional Bölməsi rəsmilərinin diqqətinə çatdırırıq ki, həmin paylaşımda verilən məlumatlar universitetin rəsmi mövqeyi deyil. Universitet rəhbərliyi baş verənlərə görə təəssüfləndiyini bildirir və diqqətinizə çatdırır ki, məsələdə günahkar olanlar barədə operativ ölçü götürülüb.

Belə ki, LDU-ya ünvanlanmış rəsmi məktubun qeyri-rəsmi şəxslərin əlinə düşməsinə və həmin sənədin universitetin rəsmi feysbuk səhifəsində verilməsinə görə Lənkəran Dövlət Universitetinin Təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektoru Azər Əliyevə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət elan edilib.

Həmçinin universitetin elektron məlumat daşıyıcılarının(veb səhifələrin) adminstratoru Ənvər Şahqubadbəyli səhlənkarlıq edib səhifəyə nəzarət etmədiyi üçün səhifə adminstratorluğundan azad edilib və ona töhmət verilib.
 

LDU-nun elektron məlumat daşıyıcılarının (veb səhifələrin) adminstratoru vəzifəsi universitetin Elektron Universitet layihəsinin rəhbəri Mayis Eyniyevə tapşırılıb”.

Qeyd edək ki, bu gün Lənkəran Dövlət Universitetinin rəsmi feysbuk səhifəsində Qida Təhlükəsizliyi Agentliyinin ard-arda həmin bufetlərdə əsassız yoxlamalar aparması səbəbindən ali məktəbdəki bufetlərin bağlandığı elan edilmişdi. Daha sonra səhifəyə kiberhücum olunduğu, məlumatın Universitetin mövqeyini əks etdirmədiyi qeyd olunub.

Bizim.Media

Lənkəran Dövlət Universitetinin prorektoruna şiddətli TÖHMƏT VERİLİB  - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO