Bakıda temperatur iqlim normasından 9 dərəcə yüksək OLUB

Bakıda temperatur iqlim normasından 9 dərəcə yüksək OLUB

Hazırda oxunan: Bakıda temperatur iqlim normasından 9 dərəcə yüksək OLUB
124276
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir neçə gündür, ölkə ərazisində küləkli hava şəraitinin müşahidə edilməsinə baxmayaraq yüksək temperatur rejimi qeydə alınıb.

Bizim.Media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, dünən Bakıda və Abşeron yarımadasında temperatur iqlim normasından 9 dərəcə yüksək olub.

Bakıda və Abşeron yarımadasında, eləcə də, bəzi bölgələrdə havanın temperaturu 23-28 dərəcəyədək yüksəlib.

G.Məmmədovanın sözlərinə görə, keçən il Yel çərşənbəsində havanın temperaturu ilqim normasından 4 dərəcə yüksək olub. Çoxillik müşahidə məlumatlarına əsasən, son 10 ilin Yel çərşənbəsində cənub-qərb küləyinin maksimal sürəti 2020-ci ildə 22 m/san-yə çatıb.
Bu gün isə Abşeronda şimal küləyinin sürəti saniyədə 25 metrə çatıb. Axşam külək mülayimləşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO