Cəbhədə xidmət edən əsgərlərə ikinci məzuniyyət verilə bilər

Cəbhədə xidmət edən əsgərlərə ikinci məzuniyyət verilə bilər

Hazırda oxunan: Cəbhədə xidmət edən əsgərlərə ikinci məzuniyyət verilə bilər

124042
Ombudsman düşmənlə təmas xəttində yerləşən hərbi hissələrin tərkibində döyüş tapşırıqlarını yerinə yetirən müddətli hərbi xidmət hərbi qulluqçularına xidmət müddətində ikinci növbəti məzuniyyətin müəyyən edilməsini təklif edib.

Bu barədə təklif  ”x9dAzərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında”x9d İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 2015-ci il üzrə illik məruzəsində yer alıb.

Həmçinin qeyd olunub ki, hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün ödənilən pul kompensasiyası məbləğinin mənzil kirayəsi bazarında mövcud olan real qiymətlərə uyğunlaşdırılması məqsədəuyğundur: 

“Döyüş (cəbhə) bölgəsində düşmən qüvvələrinin açdığı atəş nəticəsində həlak olan, yaralanan, travma və ya kontuziya alan mülki şəxslər (və ya onların ailələri) üçün müavinətin, yaşayış evlərinə və əkin sahələrinə dəyən ziyana görə, kompensasiyanın müəyyən edilməsi, ünvanlı dövlət sosial yardımının təyini zamanı istifadəsi mümkün olmayan torpaqların nəzərə alınmaması məsələləri öz həllini tapmalıdır”x9d.(Report)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO