Dumanlı havada yollarda ehtiyatlı OLUN

Dumanlı havada yollarda ehtiyatlı OLUN

Hazırda oxunan: Dumanlı havada yollarda ehtiyatlı OLUN
122931
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava şəraitinin müşahidə edilməsi ilə əlaqədar olaraq yük daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib. 

Bu barədə Bizim.Media-ya DİN-dən bildirilib.

Müraciətdə bildirilir ki, BDYPİ tərəfindən nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının qanunvericiliyə zidd olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən analoji qayda pozuntularına yol verilməsi hallarına hələ də rast gəlinir. 

“Normadan artıq, eyni zamanda düzgün qablaşdırılmamış yüklərin daşınması digər yol hərəkəti iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaratmaqla yanaşı, asfalt örtüklü yolların da istifadəyə yararlılıq müddətini azaldır, deformasiyaya uğramasına səbəb olur. 

Bu və digər məqamları nəzərə almaqla, bir daha yük daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslərin diqqətinə çatdırırıq ki, təyinatından asılı olmayaraq, istənilən yük Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş, kütlə hədlərindən artıq olmamalıdır.
Eləcə də dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı yollarda görünüş məsafəsi məhdudlaşdığından dağıla bilən yüklərin qablaşdırılmasına xüsusi diqqət yetirilməlidir. Əks təqdirdə həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcəkdir", - müraciətdə vurğulanır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO