AZAL Gəncədən Moskva və Sankt-Peterburqa uçuşlara başlayır

AZAL Gəncədən Moskva və Sankt-Peterburqa uçuşlara başlayır

Hazırda oxunan: AZAL Gəncədən Moskva və Sankt-Peterburqa uçuşlara başlayır

121951

“Azərbaycan Hava Yolları” Gəncədən Rusiyanın iki şəhərinə - Moskva və Sankt-Peterburqa aviabiletlərin satışına başlayıb. Uçuşlar həftəlik həyata keçiriləcək.

Bizim.Media xəbər verir ki, aviaşirkətin Bakı-Moskva-Gəncə-Moskva-Bakı marşrutu üzrə ilk reysi martın 17-də həyata keçiriləcək.

AZAL bu marşrutla həftədə üç dəfə - bazar ertəsi, cümə və şənbə günləri uçacaq.

Aviaşirkət martın 19-dan etibarən Bakı-Sankt-Peterburq-Gəncə-Sankt-Peterburq-Bakı marşrutu üzrə həftədə bir dəfə - bazar günləri reyslərin yerinə yetirilməsinə başlayacaq.

İyun ayından etibarən hər iki marşrut üzrə uçuş cədvəlinə müvafiq olaraq çərşənbə və cümə axşamı günləri də əlavə olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO