“Ana fəryadı” abidəsinin yerləşdiyi parkda abadlıq işləri aparılır - FOTO 

“Ana fəryadı” abidəsinin yerləşdiyi parkda abadlıq işləri aparılır - FOTO 

Hazırda oxunan: “Ana fəryadı” abidəsinin yerləşdiyi parkda abadlıq işləri aparılır - FOTO 
121786
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar Xətai Rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanıb. 

Bizim.Media xəbər verir ki, tədbirlər planına əsasən, parkın ərazisinin yaşıl örtüyü yenilənir, parkda abadlıq, təmizlik işləri görülür, yeni güllər əkilir.

Parkın ətrafında və daxilində yararsız hala düşmüş hissələrdə aqlay daşla üzlənmə, skamyaların rənglənməsi, işıqlanmanın bərpası, günlüklərin təmiri işləri aparılır.
Xocalı prospekti boyu yerləşən binaların fasadları təmizlənir, səkilər yuyulur. Xocalı prospekti, Yusif Səfərov, Afiyəddin Cəlilov küçələrində gül və dekorativ gül kollarının əkilməsi həyata keçirilir. 

Hər il olduğu kimi yolboyu divarlara və binaların fasadlarına qanlı faciəni əks etdirən bannerlər vurulacaq. 

Qeyd edək ki, Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqırımına həsr olunan “Ana fəryadı” abidə kompleksi 1993-cü ildə inşa edilib. Hər il fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə əlaqədar abidəni minlərlə insan ziyarət edir. 

“Ana fəryadı” abidəsinin yerləşdiyi parkda abadlıq işləri aparılır - FOTO  - foto 1
“Ana fəryadı” abidəsinin yerləşdiyi parkda abadlıq işləri aparılır - FOTO  - foto 2
“Ana fəryadı” abidəsinin yerləşdiyi parkda abadlıq işləri aparılır - FOTO  - foto 3
“Ana fəryadı” abidəsinin yerləşdiyi parkda abadlıq işləri aparılır - FOTO  - foto 4


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO