Siyəzəndə avtomobil qəzasında ölən və yaralananların sayı 8-ə çatdı – ADLAR

Siyəzəndə avtomobil qəzasında ölən və yaralananların sayı 8-ə çatdı – ADLAR

Hazırda oxunan: Siyəzəndə avtomobil qəzasında ölən və yaralananların sayı 8-ə çatdı – ADLAR
120962
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün səhər Siyəzəndə baş verən qəzada iştirak edən sürücülərin və yaralıların şəxsiyyəti məlum olub.

Bizim.Media xəbər verir ki, "Mersedes Vita" markalı avtomaşını 39 yaşlı Gürcüstan vətəndaşı Vüqar Məhəmməd oğlu Abdullayev idarə edib. Avtomobil Siyəzən sakini, 26 yaşlı İftixar Çingiz oğlu Hümbətovun idarə etdiyi "Opel Astra" markalı sedanla toqquşub.
 

MÖVZU İLƏ BAĞLI:

Siyəzəndə ağır qəza - 2 ölü,7 yaralı – ÖZƏL/FOTO 


Qəzada yaralanan və xəstəxanada ölən 46 yaşlı Qənimət Hümbətova da “Opel” avtomobilində olub. O, sürücü İftixar Hümbətovun anasıdır. 

Qəza nəticəsində iki nəfər müəllim də həyatını itirib. Onlar isə “Merseders-Vita” avtomobilində olublar.

1. Aygün Eldar qızı İsmayılova - 35 yaşlı Aygün İsmayılova Zirə qəsəbəsində yaşayıb.

2. Aygün Vəliyeva - 39 yaşlı Aygün Vəliyeva Sumqayıt şəhərində yaşayıb.

Qəzada yaralanan və hazırda xəstəxanada olan müəllimlər isə aşağıdakılardır:

1. 31 yaşlı Səbinə Akif qızı Rəsulova Sumqayıt şəhər sakini.

2. 27 yaşlı Səbinə Əlyar qızı Abasova Lerik rayonunun Çayrud kəndində doğulub.

3. 24 yaşlı Sənan Vazeh oğlu İmanov Yardımlı rayonunun Psrşova kəndində anadan olub.

4. 30 yaşlı Çinarə Cavanşir qızı Xəlilova Sumqayıt şəhərinin Corat qəsəbəsində yaşayır.

5. 45 yaşlı Xanım Niymət qızı Mustafayeva Bakının Xətai rayonunda yaşayır.

Onların vəziyyəti orta ağır dəyərləndirilir və hazırda müalicələri davam etdirilir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO