Bakı, Sumqayıt, Abşeronda fevral ayının pensiyaları yeni artımlarla ödənildi

Bakı, Sumqayıt, Abşeronda fevral ayının pensiyaları yeni artımlarla ödənildi

Hazırda oxunan: Bakı, Sumqayıt, Abşeronda fevral ayının pensiyaları yeni artımlarla ödənildi
120349
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçirilib.

Bu barədə Bizim.Media-ya nazirlikdən xəbər verilib.

Pensiyaların minimum məbləği 1 fevral 2023-cü il tarixindən 240 manatdan 280 manata çatdırılıb. Həmçinin bütün növ pensiyaların 1 yanvar 2023-cü il tarixindən 14,7% indeksləşdirilərək artırılması təmin edilib.

Fevral ayının pensiyaları yeni artımlarla verilib. Həmçinin indeksləşdirmə əsasında yanvar ayına aid pensiya artımı da fevral ayının pensiyası üzərinə əlavə olunub.

Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da yeni artımlarla birgə ödəniləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO