Yaxın 2 gündə hava yağmursuz KEÇƏCƏK

Yaxın 2 gündə hava yağmursuz KEÇƏCƏK

Hazırda oxunan: Yaxın 2 gündə hava yağmursuz KEÇƏCƏK
119881
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fevralın 12-13-də ölkə ərazisində hava şəraitinin sabit olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində müşahidə olunan yağıntılar 11-i gecə saatlarından kəsilib.

Qar örtüyünün hündürlüyü Qaxda 44 sm, Ağdərədə (Ordubad) 27 sm, Şəkidə 22 sm, Xaltanda 14 sm, Qusar, Qrızda 11 sm, Gədəbəydə 8 sm, Qubada, Yardımlıda, Zaqatala, Şahbuz, Oğuzda, Qobustanda 5 sm olub.
Duman Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Şəki, Qax, Şamaxı, Qobustan, Göyçay, Lerikdə müşahidə olunub, dumanda görünüş məsafəsi 50-200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu fevralın 10-da Bakıda temperatur iqlim normasından 4.3° aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2°-dək isti, Naxçıvanda 12°-dək şaxta, dağlıq rayonlarda 15-20° şaxta, aran rayonlarında 2°-dək şaxta olub.

Fevralın 12-13-də ölkə ərazisində hava şəraiti sabit olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 13-ü axşam qısa müddət yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO