Goranboy Suvarma İdarəsi kənd sakinlərinə çaydan gələn sudan istifadəyə QADAĞA QOYDU – VİDEO

Goranboy Suvarma İdarəsi kənd sakinlərinə çaydan gələn sudan istifadəyə QADAĞA QOYDU – VİDEO

Hazırda oxunan: Goranboy Suvarma İdarəsi kənd sakinlərinə çaydan gələn sudan istifadəyə QADAĞA QOYDU – VİDEO
119807
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Goranboy Suvarma İdarəsi rayonun 4 kəndinin suvarma suyunu kəsib. Söhbət Səfikürd, Qızılhacılı, Tatarlı və Balakürd kəndlərindən gedir. Bu barədə məsələni artıq üçüncü dəfədir ki, ictimailəşdiririk.

Artıq Goranboy Suvarma Sistemləri İdarəsi və Goranboy Rayon İcra Hakimiyyətinin problemi görməzdən gəlmələri, üstəlik özbaşınalıqları kənd sakinlərinin səbrini daşırıb.

Növbəti dəfə Bizim.Media-ya şikayətlənən sakinlərin sözlərinə görə indi də Goranboy “padşah”ları tərəfindən Qaraçay çayından sözügedən kəndlərə gələn sudan istifadəyə qadağa  qoyulub. Çayda kifayət qədər su olsa da, kənd sakinlərinə bunun əksi deyilir və üstəlik istifadə üçün çaya yaxınlaşmalarına imkan verilmir.

Şikayətçi sakinlər bununla bağlı saytımıza videogörüntülər də təqdim ediblər.

Videogörüntülərdə də göründüyü kimi kənd sakinlərinin özlərinə məxsus bağ sahələri və meyvə ağacları göz görə-görə susuzluqdan quruyur.
Kənd sakinləri deyir ki, təbiətə və xalqa məxsus çaydan su götürmələrinə icazə verməyən rayon “qoçu” ları onları polislə hədələyir və qorxudur. Bu özbaşınalığa isə məhəl qoyan tapılmır.

Rayon rəbərliyi isə boş vədlərlə onları aldadır. Çarəsizliklə və haqsızlıqla üzləşən Goranboy sakinləri bununla bağlı ölkə başçısına şikayət ərizəsi ilə müraciət ediblər. 

Ümid edirik Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti məsələyə birdəfəlik əncam çəkəcək və sakinlərin haqlı narazılığı ilə bağlı problemi həll edəcəklər.

Alçina Amilqızı, Bizim.Media  
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO