Bakıdan Türkiyəyə 35 TIR yardım GÖNDƏRİLİB

Bakıdan Türkiyəyə 35 TIR yardım GÖNDƏRİLİB

Hazırda oxunan: Bakıdan Türkiyəyə 35 TIR yardım GÖNDƏRİLİB
119451
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Zəlzələ baş verəndən indiyədək Bakıdan Türkiyəyə 35 TIR göndərilib".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan-Türkiyə Yüzyılı Birlik və Dayanışma Platformasının üzvü Cengiz Aygor deyib.

Onun sözlərinə görə, artıq dördüncü gündür zəlzələdən zərərçəkən vətəndaşlar üçün yardım toplama kampaniyası davam edir:

"Toplanan yardımlar könüllülər tərəfindən çeşidləndikdən sonra TIR-lara yüklənir və qardaş ölkəyə yola salınır. İndiyə kimi 35 TIR qardaş ölkəyə yola salınıb. Bu gün daha 10-15 TIR-ın yola salınması nəzərdə tutulur".

C.Aygor vurğulayıb ki, gətirilən geyimlər növünə görə çeşidlənir:

"İkinci əl geyimlər ayrı, təzələri isə ayrı qutulara yığılır. Hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusi təlim keçən itlər vasitəsilə hər qutunu yoxlayır və sonra TIR-lara yüklənir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO