Dövlət Komitəsinin sədri Möhsün Pakayini qəbul edib

Dövlət Komitəsinin sədri Möhsün Pakayini qəbul edib

Hazırda oxunan: Dövlət Komitəsinin sədri Möhsün Pakayini qəbul edib

118448
Yanvarın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul edib.

Qonağı səmimi salamlayan Komitə sədri Azərbaycanla İran arasında tarixən mövcud olan qardaşlıq münasibətlərindən bəhs edərək, əlaqələrin inkişafında Ulu Öndər Heydər Əliyevin xüsusi rolunun olduğunu, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. xa0Mübariz Qurbanlı iki ölkə arasında din sahəsində də əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Azərbaycanda dövlət-din münasibətlərinin mükəmməl formada qurulduğunu, məzhəblər arasında heç bir ayrı-seçkiliyin mövcud olmadığını önə çəkən Komitə sədri ölkəmizin dünyaya tolerantlıq nümunəsi sərgilədiyini diqqətə çatdırıb. O bildirib ki, Azərbaycanda dini radikal qruplara qarşı ciddi mübarizə aparılır, ölkəmizdə bu cür qrupların sosial bazası mövcud deyil.

Azərbaycan - İran arasında etimad və dostluq münasibətlərinin bundan sonra da davam edəcəyini deyən səfir xa0qarşılıqlı səfərlərin təşkilində, dini radikalizm və ekstremizmlə mübarizə çərçivəsində birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.

Səmimi qəbula görə minnətdarlıq edən səfir Möhsün Pakayin bu cür görüşlərin ölkələrimiz arasında münasibətlərin daha yüksək xəttlə inkişaf etməsinə töhfə verəcəyini ifadə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO