Göygöldə mağaza mebellərlə birgə külə döndü - FOTO

Göygöldə mağaza mebellərlə birgə külə döndü - FOTO

Hazırda oxunan: Göygöldə mağaza mebellərlə birgə külə döndü - FOTO

117743

Göygöldə mebel mağazalarından birində güclü yanğın olub. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Quşqara kəndində fəaliyyət göstərən "Arzu" mebel salonunda anıdən baş verən yanğın hadisəsi zamanı ümumi sahəsi 2000 m² olan birmərtəbəli mağazanın yanar konstruksiyaları yanıb. 

Bitişik digər ticarət obyektləri yanğından mühafizə olunub. Yanğın FHN bölmələri tərəfindən söndürülüb. Şahidlərin sözlərinə görə, mağazanın içərisi müxtəlif çeşiddə və müxtəlif modeldə mebellərlə dolu olub. Yanğın zamanı mağazanın içərisində olan hər şey külə dönüb. Yanğının baş vermə səbəbi araşdırılır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO