
- A-
- A
- A+
Cəmiyyət
22:32 / 23.01.2023
1 dəq oxunma
Qəbələnin Nic qəsəbəsində yol qəzası baş verib
Hazırda oxunan: Qəbələnin Nic qəsəbəsində yol qəzası baş verib
116285
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Qaraməryəm-İsmayıllı- Şəki avtomobil yolunun Qəbələdən keçən hissəsində iki avtomobil toqquşub.
Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən, ağır yol –nəqliyyat hadisəsi nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Belə ki, qəza zamanı Şəki şəhər sakinləri - 37 yaşlı Ruslan Saatov və 43 yaşlı Seyran Mustafayev eləcə də Oğuz rayon sakinləri 37 yaşlı Cavidan Həsənov və 45 yaşlı Bəhruz Əhmədov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Qəzada xəsarət alanlar Qəbələ rayon mərkəzi xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərilib. Hazırda müalicə və müayinələri davam etdirilir.
Faktla bağlı araşdırmalar aparılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































