Azərbaycanda bu işçilər 3500 manata yaxın MAAŞ ALIR

Azərbaycanda bu işçilər 3500 manata yaxın MAAŞ ALIR

Hazırda oxunan: Azərbaycanda bu işçilər 3500 manata yaxın MAAŞ ALIR

115935

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,6 faiz artaraq 829,9 manat təşkil edib.

Bu barədə Bizim.Media-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.

Əməkhaqqı neft-qaz sektorunda 3388,6 manat, qeyri neft-qaz sektorunda 781,0 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 783,6 manat, özəl müəssisələrdə isə 881,9 manat olub.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 358,4 min nəfər olub, onlardan 5 milyon 56,2 min nəfərini məşğul əhali təşkil edib. 2022-ci il dekabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1732,5 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 903,3 min nəfər, qeyri-dövlət sektorunda isə 829,2 min nəfər təşkil etmişdir.
İqtisadiyyatın neft-qaz sektorunda 31,6 min nəfər, qeyri neft-qaz sektorunda isə 1700,9 min nəfər çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO