DİN-dən qarlı hava ilə əlaqədar hərəkət iştirakçılarına XƏBƏRDARLIQ  

DİN-dən qarlı hava ilə əlaqədar hərəkət iştirakçılarına XƏBƏRDARLIQ  

Hazırda oxunan: DİN-dən qarlı hava ilə əlaqədar hərəkət iştirakçılarına XƏBƏRDARLIQ  
113888
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi qarlı hava şəraitində yolların buz bağlamasını diqqətdə saxlayaraq, hərəkət iştirakçılarına müraciət edib. 

Bu barədə Bizim.Media-ya BDYPİ-nin rəsmisi, polis mayoru Rövşən Tağıyev məlumat verib. 

"Ötən gündən başlayaraq paytaxtda və respublikanın bəzi bölgələrində qeyri-sabit hava şəraiti ilə bağlı bütün hərəkət iştirakçılarına yollarda diqqətli olmalarını tövsiyə edirik. Piyadalar paytaxt ərazisində sürüşkən mərmər səkilərdə hərəkət edərkən diqqətli olsunlar.

Yollarda avtomobilin olmadığından tam əmin olduqdan sonra yolu qarşıdan-qarşıya keçsinlər.

Valideynlərdən xahiş edirik ki, övladlarını nəzarətsiz qoymasınlar, uşaqların avtomobil yollarında və ya yol kənarlarında qarla oynamalarına, eləcə də yollarda sürüşmələrinə icazə verməsinlər.

Uşaqların əyləncələrini təhlükəsiz hesab olunan parklarda və yaşayış binalarının qarşısında salınan istirahət zonalarında təşkil etsinlər. Nəzərə almaq lazımdır ki, belə havalarda tormuzlama zamanı avtomobilin yolda sürüşmə ehtimalı var və bu, hansısa bir bədbəxt hadisənin baş verməsinə səbəb ola bilər", - deyə R.Tağıyev bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO