Bu yollarda hərəkət məhdudlaşdırılıb - RƏSMİ MƏLUMAT

Bu yollarda hərəkət məhdudlaşdırılıb - RƏSMİ MƏLUMAT

Hazırda oxunan: Bu yollarda hərəkət məhdudlaşdırılıb - RƏSMİ MƏLUMAT

113727

“Muğanlı-İsmayıllı, Muğanlı-Ağsu və Murovdağ yollarında hərəkət məhdudlaşdırılıb. Qalan yollarda hərəkətlilik var”.

Bunu Bizim.Media-ya açıqlamasında AAYDA-nın mətbuat katibi Anar Nəcəfli söyləyib.

O əlavə edib ki, dağlıq ərazilərdə gecə yağan güclü qar səbəbi ilə bəzi avtomobil yollarında hərəkət məhdudlaşdırılıb:

“Ən son məlumat isə belədir:

1. “Zəfər yolu”nda 8-10 dərəcə şaxta var. Yollar təmizlənir, hərəkət dayanmayıb.

2. Murov dağı yolu güclü qar səbəbi ilə yüngül avtomobillər üçün bağlıdır. Yalnız ağır maşınlar hərəkət edir. Ərazidə 15-20 dərəcə şaxta var.

3. Quba-Qusar yolunda qar o qədər də güclü deyil, 2-5 dərəcədə şaxta var.

4. Muğanlı-Ağsu, Muğanlı-İsmayıllı yolları qismən açıqdır. Amma yüngül və protektoru zəif olan avtomobillər üçün bu yollar təhlükəlidir.

Gecə saatlarındana başlayaraq ölkə üzrə 750, paytaxtda isə 300 ədəd müxtəlif təyinatlı maşın-mexanizmlər yollara çıxarılıb. Lakin, qarın davamlı yağması müəyyən problemlər yaradır. Yolların təmizlənməsi üçün 35 min ton qum, 5 min ton texniki duz tədarük edilib”.

AAYDA rəsmisi sonda sürücülərə müraciətlə xahiş etdi ki, protektoru sıradan çıxmış avtomobillərlə yola çıxmasınlar. Səfərə çıxan sürücülərə isə yalnız Bakı-Hacıqabul-Qazax yolundan istifadə etmələri tövsiyyə olunur.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO