Paytaxtda sürücülər arasında DAVA: Bir nəfər qətlə yetirildi

Paytaxtda sürücülər arasında DAVA: Bir nəfər qətlə yetirildi

Hazırda oxunan: Paytaxtda sürücülər arasında DAVA: Bir nəfər qətlə yetirildi
113290
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda iki sürücünün bir-birinə yol verməməsi qətllə nəticələnib. 

Bizim.Media trend.az-a istinadən xəbər verir ki, hadisə bu gün gecə saatlarında paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Beyləqan rayon sakini, 1994-cü il təvəllüdlü Qənbərov Qənbər Elman oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkət edən avtomobilin sürücüsü, Füzuli rayon sakini, 1996-cı il təvəllüdlü Hacıyev Sənan Şirxan oğlu arasında mübahisə yaranıb.

Mübahisə S.Hacıyevin Q.Qənbərova yol verməməsi üstə baş verib. Mübahisə tərəflər arasında əlbəyaxa davaya səbəb olub.

Nəticədə S.Hacıyev üzərində gəzdirdiyi bıçaqla Q.Qənbərova bədəninin müxtəlif hissələrindən bir neçə bıçaq zərbəsi endirib. Yaralı ağır vəziyyətdə "Yeni Klinika"ya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Q.Qənbərov aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib. 
Hadisəni törətməkdə şübhəli bilinən S.Hacıyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO