Əhmədlidə ağacları kəsən qrupun kimliyi müəyyənləşdirilir - Baş Prokurorluq 

Əhmədlidə ağacları kəsən qrupun kimliyi müəyyənləşdirilir - Baş Prokurorluq 

Hazırda oxunan: Əhmədlidə ağacları kəsən qrupun kimliyi müəyyənləşdirilir - Baş Prokurorluq 
11295
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Paytaxt ərazisində söküntü işləri aparılarkən şam ağaclarının qanunsuz kəsilməsi faktı ilə bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, vəzifəli şəxsin qulluq mənafeyi tələb etdiyi halda öz səlahiyyətlərindən istifadə etməməsi nəticəsində paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsi, 9K ünvanında 0.7681 ha ərazidə söküntü işləri aparılarkən orada mövcud olmuş meşə fonduna daxil olmayan 15 ədəd, cəmi 31 min 500 manat dəyərində 15 ədəd bioloji inkişafda olan şam ağaclarının qanunsuz kəsilməsi (götürülməsi) nəticəsində külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Baş prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmış və istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə tapşırılmışdır.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində istintaq tədbirləri davam etdirilir.

Paytaxtın Xətai rayonu ərazisində şam ağaclarının qanunsuz kəsilməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO