AZAL endirimli biletləri satışa çıxardı - Sistem çökdü 

AZAL endirimli biletləri satışa çıxardı - Sistem çökdü 

Hazırda oxunan: AZAL endirimli biletləri satışa çıxardı - Sistem çökdü 

111104

Məlum olduğu kimi, bu gün AZAL 2023-cü ilin yay cədvəli çərçivəsində 9 istiqamət üzrə 29 avroya aviabiletlərin satışa çıxarılacağını elan edib. 

Bizim.Media xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkə hesablarında məlumat paylaşılıb.  

Məlumata görə, martın 26-dan oktyabrın 29-dək həyata keçiriləcək uçuşların hava yollarının aşağıbüdcəli “Buta Airways” aviaşirkəti tərəfindən minimal “Büdcə” tarifi ilə həyata keçiriləcəyi və 10 000 biletin onlayn satışının planlaşdırıldığı bildirilib.  

Bu gün saat 16:00-da biletlər satışa çıxarılmalı olsa da, qeyd edilən saatdan etibarə saytın onlayn satış bölməsi işləməyib. Bu barədə vətəndaşlar sosial şəbəkədə yazıblar. Qeyd olunub ki, biletlərin satışa çıxarılacağı vaxtdan bir saatdan çox keçsə də, saytdan bilet almaq qeyri-mümkündür.  
Qeyd edək ki, sözügedən təklif Ankara, İzmir, İstanbul (Sabiha Gökçen Hava Limanı), Tbilisi, Aktau, Həştərxan, Mineralnıye Vodı, Kazan və Ufa şəhəri üzrə keçərlidir. Biletə əl yükü və baqaj daxil deyil.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO