Bəsitçay və Həkəri çaylarına balıq körpələri BURAXILDI - FOTO 

Bəsitçay və Həkəri çaylarına balıq körpələri BURAXILDI - FOTO 

Hazırda oxunan: Bəsitçay və Həkəri çaylarına balıq körpələri BURAXILDI - FOTO 
110190
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qarabağ və Şərqi Zəngəzur ərazisində biomüxtəlifliyin mühafizəsinə və su hövzələrində bioresursların bərpasına töhfə vermək məqsədilə Zəngilan rayonu ərazisindən keçən Bəsitçay və Həkəri çaylarına balıq körpələrinin buraxılışı həyata keçirilib.

Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, Zəngilan rayonunda Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyevin və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun iştirakı ilə çaylara ümumilikdə 200 000 çəkikimi balıq körpəsi buraxılıb:

"Balıq körpələrinin artırılaraq su hövzələrinə buraxılması Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpası baxımından olduqca əhəmiyyətlidir və bu aksiyalar gələcəkdə də davam edəcək".

Bizim.Media

Bəsitçay və Həkəri çaylarına balıq körpələri BURAXILDI - FOTO  - foto 1
Bəsitçay və Həkəri çaylarına balıq körpələri BURAXILDI - FOTO  - foto 2
Bəsitçay və Həkəri çaylarına balıq körpələri BURAXILDI - FOTO  - foto 3

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO