5 rayondakı qanunsuzluqlarla bağlı cinayət işi BAŞLANDI

5 rayondakı qanunsuzluqlarla bağlı cinayət işi BAŞLANDI

Hazırda oxunan: 5 rayondakı qanunsuzluqlarla bağlı cinayət işi BAŞLANDI
109459
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Astara, Bərdə, Ucar, Cəlilabad və Quba rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırmalar aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat Xidməti yayıb.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Astara rayonunun Şuvi, Bərdə rayonunun Alaçadırlı, Ucar rayonunun Boyat bələdiyyələrinin ərazilərində, Cəlilabad rayonunun Uzuntəpə kəndinin ərazisində meşə fonduna daxil olmayan, həmçinin Quba-Tüləkəran avtomobil yolunun Təkərşıxı kəndi ərazisindən keçən hissəsində və Tüləkəran-Yenikənd avtomobil yolunda telekommunikasiya xətlərinin çəkilməsi ilə əlaqədar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə meşə fonduna daxil olan, ümumilikdə 412 ədəd ağac və kolun kəsilməsi nəticəsində təbiətə 145 min manatdan çox maddi ziyan dəyib.

Qeyd edilən faktlara görə Cinayət Məcəlləsinin 259.1 (qanunsuz ağac kəsmə) 259.2.3 və 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla, habelə qulluq mövqeyindən istifadə etməklə ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO