Beyləqandakı DƏHŞƏTLİ qətlin Rəşad Dağlı ilə nə əlaqəsi var? – Vəkil DANIŞDI

Beyləqandakı DƏHŞƏTLİ qətlin Rəşad Dağlı ilə nə əlaqəsi var? – Vəkil DANIŞDI

Hazırda oxunan: Beyləqandakı DƏHŞƏTLİ qətlin Rəşad Dağlı ilə nə əlaqəsi var? – Vəkil DANIŞDI
107669
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Cəmiyyətin Rəşad Dağlı hadisəsinə reaksiyası həddən artıq təhlükəli idi. İctimai qınaq əvəzinə, ictimai "təşəkkür" göstərilməsi digər insanların da cinayətkar fəaliyyətə meyl göstərməsinə səbəb ola bilir”. 

Bizim.Media xəbər verir ki, bunu vəkil Anar Məmişov deyib. O, bu haqda bizə danışarkən bildirib ki, mən bu məslədə tam əlaqə görürəm:
 

MÖVZU İLƏ BAĞLI:

Beyləqanda ailənin 4 üzvünü öldürən qatilə “ÖMÜRLÜK” HƏBS veriləcək


“Bir neçə gün əvvəl Bakı şəhərində 3 nəfərin, dünən Beyləqanda bir ailənin 4 üzvünün qətlə yetirilməsi, həmçinin ayrı-ayrı şəxslərin də qətli ilə əlaqədar hadisələrin artmasını Rəşad Dağlı məsələsi ilə də əlaqələndirmək olar. Cəmiyyətin bu hadisəyə reaksiyası həddən artıq təhlükəli idi. İctimai qınaq əvəzinə, ictimai "təşəkkür" göstərilməsi digər insanların da cinayətkar fəaliyyətə meyl göstərməsinə səbəb ola bilir”. 

Vəkil qeyd edib ki, qətl hadisələrinə zərərçəkmiş şəxsin kimliyi baxımından yanaşmaq olduqca təhlükəli tendensiyadır: 

“Xüsusən "namus cinayətləri" ilə bağlı məlumatlara yazılan şərhlərlə tanış olarkən cəmiyyətin nə qədər təhlükəli vəziyyətdə olduğunu görə bilərik. Bunun üçün ciddi maarifləndirmə işləri aparılmalı, bütün problemlərin sivil qaydada, məhkəmə yolu ilə həllinin mümkünlüyü aşılanmalıdır. Əks halda hələ çox insan həyatının puç olduğunu görməyə davam edəcəyik”.

Aləmdə Nəsib, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO