Kürdəmirdə mağazalardan oğurluq edən şəxs TUTULDU

Kürdəmirdə mağazalardan oğurluq edən şəxs TUTULDU

Hazırda oxunan: Kürdəmirdə mağazalardan oğurluq edən şəxs TUTULDU
106404
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kürdəmirdə iki mağazadan oğurluq edən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən iki mağazadan oğurluq etməkdə şübhəli bilinən rayonun Atakişili kənd sakini, əvvəllər məhkum olunmuş Ramal Şirinov saxlanılıb. 

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, R. Şirinov rayon ərazisində yerləşən mağazalara gecə saatlarında daxil olaraq, oradan 860 manat pul, 400 manat dəyərində danışıq kartları və 949 manat dəyərində tutun məmulatları oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 2209 manat maddi ziyan vurub. 

Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Onun digər analoji cinayət hadisələrində iştirakının olub-olmaması araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO