Oğuzda DƏHŞƏT - Vəhşi heyvanlar ruhi xəstəni parçaladı

Oğuzda DƏHŞƏT - Vəhşi heyvanlar ruhi xəstəni parçaladı

Hazırda oxunan: Oğuzda DƏHŞƏT - Vəhşi heyvanlar ruhi xəstəni parçaladı
105197
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oğuzda meşədə parçalanmış kişi meyiti tapılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən xəbərə görə, bu gün gecə saatlarında Oğuz rayonunun Tayıflı kəndindəki meşəlik ərazidə meyit aşkarlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Dərhal polis və prokurorluq əməkdaşları tərəfindən meyitə baxış keçirilib, ölən şəxsin 62 yaşlı Əbülfət Ağayev olduğu məlum olub. İlkin araşdırma zamanı onun üzərində zorakılıq əlaməti aşkarlanmasa da, vəhşi heyvanlar tərəfindən meyitin parçalanması müəyyən edilib.

Qeyd edək ki, tək yaşayan Ə.Ağayev ruhi-əsəb xəstəsi olub və bir neçə gün öncə itkin düşüb. Onun itkin düşməsi barədə polis şöbəsinə müraciət daxil olmayıb.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO