
- A-
- A
- A+
Avtomobillərin texniki baxışdan keçirilməsi qaydaları dəyişdirildi - DETALLAR
Azərbaycanda nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi qaydasına dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.
Qanuna əlavə edilmiş yeni maddəyə əsasən, avtonəqliyyat vasitələri "İcbari sığortalar haqqında" qanuna uyğun olaraq sahiblərinin mülki məsuliyyəti icbari qaydada sığortalandıqda, sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələrinə münasibətdə isə habelə sərnişinlərinin (şəhərdaxili və qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası həyata keçirildikdə texniki baxışa buraxılacaq.
Bu qayda müvafiq icra sığorta müqaviləsinin mövcudluğu "İcbari sığortalar haqqında" qanunda nəzərdə tutulan elektron informasiya sistemi vasitəsilə yoxlanılacaq.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































