Hər insanın həyatında bir dəfə görməli olduğu şəhərlər - FOTO

Hər insanın həyatında bir dəfə görməli olduğu şəhərlər - FOTO

Hazırda oxunan: Hər insanın həyatında bir dəfə görməli olduğu şəhərlər - FOTO
10356
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sosial şəbəkələrdə səyyahət sevərlər hər insanın görməli olduğu şəhərləri sıralayıblar.

Bizim.Media həmin şəhərlərin siyahısını təqdim edir:

1. Venesiyanı bu siyahıya əlavə etməmək olmaz.

Hər insanın həyatında bir dəfə görməli olduğu şəhərlər - FOTO - foto 1


Bu şəhər möhtəşəm kilsələrindən rəngli evlərinə və rahat səmimi görünüşlü  şərab barlarına qədər bir çox gözəlliyi özündə əks etdirir.

2. İspaniyanın baş tacı sayılan Sevilya...

Hər insanın həyatında bir dəfə görməli olduğu şəhərlər - FOTO - foto 2


Ziyarətçilər şəhərin narıncı çiçəklərlə bəzədilmiş dar küçələrində gəzməyi, Mooriş qalasını ziyarət etməyi və İspan təamlarından dadmağı sevirlər.

3. Tibet Buddizminin mərkəzi olan Lhasa.

Hər insanın həyatında bir dəfə görməli olduğu şəhərlər - FOTO - foto 3


Himalayaların qayalıqları arasında yerləşən  monastırlar və sarayları ilə dünyanın ən yaddaqalan yerlərindən biridir.

4. Rio de Janeryo.

Hər insanın həyatında bir dəfə görməli olduğu şəhərlər - FOTO - foto 4


Dünyanın ən məşhur karnavallarına ev sahibliyi edən bu şəhəri hamımız tanıyırıq.  5 duyğu orqanımızın hər birinə xitab edən bu  şəhərdə dünyanın iki ən böyük çimərliyi yerləşir.

5. London

Hər insanın həyatında bir dəfə görməli olduğu şəhərlər - FOTO - foto 5


Təəccüblü deyil ki, London nüfuzlu muzeyləri, məşhur küçə bazarları və sıx maliyyə mərkəzi ilə dünyanın ən çox ziyarət edilən şəhəridir.  London sizi gözləyir ...

6. Marakeş.

Hər insanın həyatında bir dəfə görməli olduğu şəhərlər - FOTO - foto 6


Bu şəhərə səyahət etmək sizə tamamilə fərqli bir təcrübə qazandıracaq. Sonsuz labirintə bənzər dəhlizlərdən olan bazarlar, möhtəşəm  memarlıq sizi heyran qoyacaq.

7. Petra.

Hər insanın həyatında bir dəfə görməli olduğu şəhərlər - FOTO - foto 7


Dünyanın ən böyük qədim şəhərlərindən biri olan Petra heç bir şəhərə müqayisə oluna bilməz. Küləkli səhranın ortasında yerləşən Petranın qaya binalarını görmədən təsvir etmək olmaz.

8. Hindistanın müqəddəs şəhərlərindən biri olan Varanasi əsl mənəvi bir təcrübədir.

Hər insanın həyatında bir dəfə görməli olduğu şəhərlər - FOTO - foto 8


Qanqdan aşağı düşən pilləkənlərdə  oturan  müqəddəs insanlarla, səyyahlarla və yerli sakinlərlə günəşin doğuşunu seyr etməyin həzzini başqa heç nədən ala bilməzsiniz.

9. Kyoto əvvəllər Yapon imperatorluğunun paytaxtı idi.

Hər insanın həyatında bir dəfə görməli olduğu şəhərlər - FOTO - foto 9


Bu şəhərdə çayxanaları, bağları və qalaları kəşf etmək  Yaponiyanın əsl mahiyyətini tapmaq üçün ən yaxşı yoldur.

10.  Atina.

Hər insanın həyatında bir dəfə görməli olduğu şəhərlər - FOTO - foto 10


Akropolis bir çox səyahət siyahısına başçılıq edir, lakin günəşli küçələri, çiçəkli  meydanları və inanılmaz muzeyləri Afinanı möhtəşəmliyini izah edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO