Hesablama Palatasından Maliyyə Nazirliyinə İRAD

Hesablama Palatasından Maliyyə Nazirliyinə İRAD

Hazırda oxunan: Hesablama Palatasından Maliyyə Nazirliyinə İRAD
102295
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Dövlət büdcəsi profisitlə icra edildiyi halda borclanmaya gedilib ki, ehtiyac olmadan cəlb edilmiş borc vəsaiti qalıq vəsaitə yönəldilərək istifadəsiz qalıb, nəticədə həmin vəsait əlavə faiz xərcləri yaradıb, eyni zamanda borc öhdəliklərinin yeni borclanma ilə ödənilməsi zamanı faiz dərəcələrinin artması ehtimalını şərtləndirib”.

Bizim.Media xəbər verir ki, bu barədə Hesablama Palatasının “2023-cü il dövlət büdcəsi haqqında” qanuna verdiyi rəydə bildirilib.

Qeyd edək ki, daxili borclanma, yəni dövlət istiqrazlarının buraxılması yolu ilə vəsaitin cəlb edilməsilə Maliyyə Nazirliyi məşğul olur.

Xatırladaq ki, dövlət büdcəsinin 8 aylıq icra nəticələrinə əsasən gəlirlər 20184,7 mln. manat və ya 101,8%, xərclər isə 18151,9 mln. manat və ya 100,4% icra edilib, büdcə profisiti 2032,8 mln. manat təşkil edib.
Kəsirin maliyyələşdirilməsi mənbələri üzrə 8 ay ərzində 576,0 mln. manat, o cümlədən daxili borclanma hesabına cəlb edilmiş 380,1 mln. manat vəsait büdcə qalığına yönəldilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO