Valideynlər bayram günləri və axşamlar müəllimə zəng edə bilməz

Valideynlər bayram günləri və axşamlar müəllimə zəng edə bilməz

Hazırda oxunan: Valideynlər bayram günləri və axşamlar müəllimə zəng edə bilməz
100346
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Valideynlər və ya qanuni nümayəndələr tədris prosesi və məktəb fəaliyyətinə mane olan davranışlara yol verməməli, məktəb binasına və sinif otaqlarına yalnız məktəb rəhbərliyinin icazəsi ilə daxil olmalıdırlar. 

Bizim.Media xəbər verir ki, bu, Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanan və ictimai müzakirələrə çıxarılan “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat”da öz əksini tapıb.  

Sözügedən layihədə qeyd olunur ki, məktəb heyətinin üzvləri ilə iş saatlarında və ya təyin olunmuş vaxtda əlaqə saxlamalı, axşam saatları, istirahət və bayram günlər məktəb heyətinin üzvlərini ciddi səbəb olmadan narahat etməkdən çəkinməlidirlər.
Valideynlər “Şagirdlərin məktəbdaxili nizam-intizam qaydaları” ilə tanış olmalı və onu dəstəkləməlidirlər.

Həmçinin öz övladının cəlb olunduğu situasiyalar da daxil olmaqla, nizam-intizam məsələlərinə dair məktəb heyətinin peşəkar mühakimə və qərarlarına hörmət etməlidirlər.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO