Şagird davranış qaydaları gələn ildən tətbiq olunacaq 

Şagird davranış qaydaları gələn ildən tətbiq olunacaq 

Hazırda oxunan: Şagird davranış qaydaları gələn ildən tətbiq olunacaq 
100327
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Elm və Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” hazırlanıb. 

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, hər iki sənəd hazırlanarkən şagirdlər, müəllimlər, o cümlədən valideynlər arasında keçirilən sorğuların nəticələri nəzərə alınıb, beynəlxalq və özəl təhsil müəssisələrinin təcrübələri araşdırılıb.

Sənədlərin hazırlanması prosesinə təcrübəli məktəb direktorları və müəllimlər, özəl təhsil müəssisələrinin nümayəndələri, yerli və beynəlxalq mütəxəssislər cəlb olunublar. 

Hər iki sənəd ümumi təhsil müəssisələrində şagird davranış qaydaları və valideyn-məktəb ünsiyyətinin tənzimlənməsi ilə bağlı çərçivəni müəyyən edir. 

Sənədlər bu gündən etibarən 2 həftə ərzində ictimai müzakirəyə çıxarılır. Toplanmış rəy və təkliflər nəzərə alınaraq sənədlərin son versiyası hazırlanacaq, 2023-cü ilin əvvəlindən etibarən isə tətbiqinə start veriləcək. 

Sənədlərlə bağlı rəy və təkliflərinizi [email protected] elektron poçt ünvanına göndərmək mümkündür. 

Qeyd edək ki, 2021-2022-ci tədris ili ərzində 100-dən çox ümumi təhsil müəssisəsində aparılmış keyfiyyət monitorinqlərinin nəticələrinin təhlili məktəb proseslərinin tənzimlənməsi ilə bağlı bir sıra prosedurların yenilənməli və ya təkrar hazırlanmalı olduğunu bir daha göstərdi. O cümlədən, şagird davranışının və valideyn-məktəb ünsiyyətinin tənzimlənməsi ilə bağlı qaydaların yenidən işlənməsinə ciddi zərurət yarandı.
Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları 

Şagird davranış qaydaları. v.1.9 (edu.gov.az)

Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat 

valideyn-məktəb ünisyyyəti haqda telimat. SON.pdf (edu.gov.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO