Azərbaycan 18 minatəmizləmə maşını alıb

Azərbaycan 18 minatəmizləmə maşını alıb

Hazırda oxunan: Azərbaycan 18 minatəmizləmə maşını alıb
100164
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən il Azərbaycan 18 ədəd minatəmizləmə maşını alıb. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib. 

O qeyd edib ki, gələn ilin yanvar ayına qədər daha bir ədəd maşın alınacaq və bununla bağlı müqavilə mövcuddur. “2023-cü ilə dair büdcə planları hələ təsdiq olunmadığı üçün indidən nə qədər avadanlıq alınacağı barədə məlumat vermək çətindir. 
Biz minatəmizləmə maşınlarını daha çox iki ölkədən, Slovakiya və Xorvatiyadan alırıq, çünki bu maşınlardan uzun müddətdir istifadə edirik. Həmçinin onlarla işləmək minatəmizləyənlərimiz üçün daha rahatdır. Eyni zamanda bu maşınların servisini və təmirini də özümüz edə bilirik”. 

V.Süleymanov vurğulayıb ki, minatəmizləmə işinin aparılması üçün lazım olan avadanlıqlarla bağlı da mühim irəliləyişlər var:

“Belə ki, yeni nəsil minatəmizləmə detektorları sürpriz minaları (üst-üstə yerləşdirilmiş iki mina - red), həmçinin yanaşı basdırılmış iki minanı eyni anda aşkarlaya bilir. Bütün bunlar minatəmizləmə işinə öz töhfəsini verməkdədir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO