Mingəçevir icra başçısından prezidentə şikayət...- FOTO/VİDEO

Mingəçevir icra başçısından prezidentə şikayət...- FOTO/VİDEO

Hazırda oxunan: Mingəçevir icra başçısından prezidentə şikayət...- FOTO/VİDEO

100045
Mingəçevir şəhər Əhaliyə Xidmət qarajında müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri Moderator.az-a müraciət ünvanlayıblar.

Keçmiş polis işçisi Əliyev Seyfəli, Nərimanova Şəmsiyyə, Əliyeva Əntiqə, Nərimanova Məxmər, Pirəliyev Tofiq, həmçinin Laçın rayonundan məcburi köçkün Muradov İlyas  tərəfindən imzalanan müraciətdə bildirilir ki,  Hikmət adlı şəxs heç bir xəbərdarlıq etmədən yaşadıqları ərazini altı metr hündürlükdə daş hasarla mühasirəyə alıb, evə giriş-çıxışı tam məhdudlaşdırıb. 

Müraciəti təqdim edirik:

"1993-cü ilin aprel ayından adı çəkilən ərazidə məskunlaşmışıq. Bir neçə ay bundan öncə tanımadığımız Hikmət adında şəxs heç bir xəbərdarlıq etmədən yaşadığımız ərazini altı metr hündürlükdə daş hasarla mühasirəyə almış, evə giriş-çıxışı tam məhdudlaşdırmışdır. Yaşadığımız bina ilə mühasirəyə alınmış hasarın arası 1 metrdən az məsafədədir. Evdə tam havasızlıq yaranıb, bu havasızlıqla əlaqəli sakinlərdən  dəfələrlə ağır xəstələnənlərimiz olub, havasızlığa görə təzyiq xəstəliyi yaranıb, təcili yardıma zəng etməyə  isə xəcalət çəkirik. Evin qarşısında hasar çəkiləndə ekskvatorlar yeri qazan zaman silkələnməkdən evin dam örtüyündən beton panellər aralanıb və evin dam örtüyünün şiferləri çartlayıb və qırılıb. Buna görə iki-üç gündür ki, yağan yağışın əksər hissəsi evin içinə dolub, bütün mitillər və əşyalar su içindədir. Dəfələrlə ərazidə tikinti aparan naməlum şirkətin nümayəndələrinə, o cümlədən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı  Niyazi Bayramova şifahi və yazılı müraciətlər etmişik. Ancaq bunlar qanunları ayaqlar altına ataraq şəxsi istəklərini həyata keçiriblər. İcra başçısı çox hörmətli cənab Prezidentin tapşırıq və göstərişlərini demək olar ki, icra etmir. Şikayətlərimiz cavabsız qaldığına görə üzləşdiyimiz haqsızlıqla bağlı media vasitəsiylə hörmətli Prezidentimizdən kömək istəyirik. İnanırıq ki, yaşadığımız bu acınacaqlı şəraitə cənab İlham Əliyevin şəxsi müdaxiləsi nəticəsində son qoyulacaq. Buradakı ailələr qaçqınlar və məcburi köçkünlər üçün yeni salınmış hündürmərtəbəli binalardan evlərlə təmin olunacaq. Həmçinin vəzifə səlahiyyətlərini aşan və özlərini kiçik padşah hesab edən məmurlar ciddi cəzalandırılacaq.Hörmətli cənab Prezident, Sizə öncədən təşəkkür edirik".


Elşad Allahverdiyev
Mingəçevir icra başçısından prezidentə şikayət...- <i style=FOTO/VİDEO" src="//old.moderator.az/fotobaza/original/8191.jpg">Mingəçevir icra başçısından prezidentə şikayət...- <i style=FOTO/VİDEO" src="//old.moderator.az/fotobaza/original/8192.jpg">Mingəçevir icra başçısından prezidentə şikayət...- <i style=FOTO/VİDEO" src="//old.moderator.az/fotobaza/original/8193.jpg">Mingəçevir icra başçısından prezidentə şikayət...- <i style=FOTO/VİDEO" src="//old.moderator.az/fotobaza/original/8194.jpg">Mingəçevir icra başçısından prezidentə şikayət...- <i style=FOTO/VİDEO" src="//old.moderator.az/fotobaza/original/8195.jpg">Mingəçevir icra başçısından prezidentə şikayət...- <i style=FOTO/VİDEO" src="//old.moderator.az/fotobaza/original/8196.jpg">Mingəçevir icra başçısından prezidentə şikayət...- <i style=FOTO/VİDEO" src="//old.moderator.az/fotobaza/original/8197.jpg">Mingəçevir icra başçısından prezidentə şikayət...- <i style=FOTO/VİDEO" src="//old.moderator.az/fotobaza/original/8198.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO