İlham Əliyev Emoməli Rəhmonu təbrik etdi
Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, təbrik məktubunda deyilir:
“Hörmətli Emoməli Şərifoviç,
Tacikistan Respublikasının dövlət müstəqilliyinin 35 illiyi münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Ötən otuz beş il ərzində Sizin uzaqgörən və qətiyyətli rəhbərliyiniz sayəsində Tacikistan dövlət quruculuğu, daxili sabitliyin bərqərar olunması və sosial-iqtisadi tərəqqi sahəsində böyük inkişaf yolu keçmiş, qlobal arenada nüfuzunu və mövqeyini möhkəmləndirmişdir. Tacikistanın ...