Rusiya Ermənistanda yeni atom elektrik stansiyası tikəcək?

Rusiya Ermənistanda yeni atom elektrik stansiyası tikəcək?

Hazırda oxunan: Rusiya Ermənistanda yeni atom elektrik stansiyası tikəcək?
635661
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Rosatom” dövlət korporasiyasının baş direktoru Dmitri Lixaçovun sentyabrın 28-də Ermənistana səfəri planlaşdırılır. 

Bizim.Media xəbər verir ki, bu barədə “Atom Sənayesi Özünütənzimləyən Təşkilatları”nın prezidenti Viktor Opekunov “News.am” agentliyinin müxbirinə müsahibəsində bildirib.
 

Onun sözlərinə görə, Lixaçov “Rosatom”un Ermənistanın nüvə energetikasının inkişafında mümkün iştirakını müzakirə etməyi, həmçinin yeni AES-in tikintisi məsələsini ətraflı nəzərdən keçirməyi planlaşdırır.


Opekunov qeyd edib ki, Rusiya Ermənistana dünyada qabaqcıl olan texnologiyalar təklif edir. “Rosatom” sadəcə stansiya tikməyi deyil, həm də layihələndirmə, tikinti, yanacaqla təminat, texniki xidmət, işlənmiş nüvə yanacağının yenidən emal üçün Rusiyaya ixracı və mütəxəssislərin hazırlanması daxil olmaqla tam xidmətlər paketini təqdim edir.

Ekspert Ermənistanı yeni AES-in tikintisi layihəsinin icrasına indidən başlamağa çağırıb, çünki fəal tikintinin başlanmasından stansiyanın şəbəkəyə qoşulmasına qədər təxminən 60-65 ay vaxt tələb olunur. Hazırlıq dövrünü də nəzərə alsaq, bu proses təxminən on il çəkə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO