Ceyhun Bayramov: “Yaxın zamanlarda Mirzoyanla görüş ola bilər”

Ceyhun Bayramov: “Yaxın zamanlarda Mirzoyanla görüş ola bilər”

Hazırda oxunan: Ceyhun Bayramov: “Yaxın zamanlarda Mirzoyanla görüş ola bilər”
635665
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) ilə mütəmadi əlaqə var. Xarici işlər naziri ilə yaxın zamanlarda daha bir görüşün olması istisna deyil”.

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Son görüşümüz Bişkekdə olub. Məhz orada da razılıq əldə etdik ki, ikitərəfli görüşlər davam etməlidir. Delimitisiya prosesi də mütəmadi şəkildə müzakirə mövzusudur. Həm Azərbaycan, həm də Ermənistan bu məsələni komisiya səviyyəsində aparır. Buna qədər ümumi delimitasiyanın şimaldan cənuba doğru aparılması razılaşdırılıb, dəqiqləşdirilib. Spesifik detallar vaxtı gəldikcə müzakirə edilir", - nazir qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO