Azərbaycanda avtomobil almaq çətinləşir?
Azərbaycanda avtomobil bazarında nəzərəçarpan dəyişikliklər baş verir. Statistik məlumatlara görə, 2026-cı ilin ilk səkkiz ayında ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz azalıb. Minik avtomobillərinin idxalında geriləmə 37.4 faiz, hibrid, "plug-in" hibrid və elektromobillərin ümumi idxalında isə 60.3 faiz təşkil edib.
İdxalın kəskin azalması ilə yanaşı, ikinci əl avtomobil bazarında da qiymətlər aşağı istiqamətdə dəyişib. Lakin burada kəskin ucuzlaşmadan söhbət getmir. Hesablamalara görə, avqust ayında ikinci əl avtomobillərin qiyməti iyulla müqayisədə orta hesabla 0.6 faiz ucuzlaşıb.
Bəs avtomobil idxalındakı kəskin azalma Azərbaycand...