Cənubi Afrikada barda atışma: 17 ölü, 15 yaralı var – VİDEO

Cənubi Afrikada barda atışma: 17 ölü, 15 yaralı var – VİDEO

Hazırda oxunan: Cənubi Afrikada barda atışma: 17 ölü, 15 yaralı var – VİDEO

639066

Cənubi Afrikanın şimal-şərqində, Yohannesburqdan təxminən 80 km cənub-qərbdə yerləşən Vedela şəhərində bir barda baş verən atışma nəticəsində 17 nəfər həlak olub.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi hadisə ilə bağlı öz saytında açıqlama yayıb.

Açıqlamada qeyd olunur ki, daha 15 nəfər yaralanıb:

"AK-47 avtomatları və tapançalarla silahlanmış səkkiz nəfərdən ibarət qrup məkana soxularaq ayrı-seçkilik etmədən atəş açıb. Həm barın daxilindəki müştərilərə, həm də çöldəki insanlara atəş açılıb. On üç kişi və dörd qadın həlak olub. Qurbanların mobil telefonları əllərindən alınıb".

 

Hücumçular iki avtomobildə hadisə yerindən qaçmazdan əvvəl bir neçə nəqliyyat vasitəsini yandırıblar. Cinayətkarların axtarışı üçün əlavə polis qüvvələri cəlb edilib. Hücumun səbəbi hələlik məlum deyil və indiyədək heç kim həbs olunmayıb.

 

Cənubi Afrika dünyada qətl hallarının sayına görə ilk onluqda yer alır. Cənubi Afrika polisinin məlumatına əsasən, bu il ölkədə hər gün orta hesabla 63 nəfər öldürülür.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO