Xocalıda Şəhidlər xiyabanı ziyarət olundu - FOTO

Xocalıda Şəhidlər xiyabanı ziyarət olundu - FOTO

Hazırda oxunan: Xocalıda Şəhidlər xiyabanı ziyarət olundu - FOTO
638982
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

27 sentyabr Anım Günü ilə əlaqədar Xocalı şəhərində yerləşən Şəhidlər xiyabanı ziyarət olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayolarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, anım Günü münasibətilə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Xocalı rayon şöbəsinin əməkdaşları, eləcə də Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları Şəhidlər xiyabanına gələrək, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Ziyarət zamanı şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, onların ruhuna dualar oxunub.

Qeyd olunub ki, Azərbaycan xalqı Vətən müharibəsində və digər döyüşlərdə şəhid olan qəhrəman övladlarının xatirəsini daim uca tutur. Şəhidlərin göstərdiyi qəhrəmanlıq və fədakarlıq Azərbaycanın tarixinə əbədi həkk olunub.

Xocalıda Şəhidlər xiyabanı ziyarət olundu - FOTO - foto 1
Xocalıda Şəhidlər xiyabanı ziyarət olundu - FOTO - foto 2
Xocalıda Şəhidlər xiyabanı ziyarət olundu - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO