UEFA Millətlər Liqasının D Divizionunda Litva ilə oyunda qol vuran Azərbaycan millisinin futbolçusu Mahir Emreli sevincini fərqli şəkildə qeyd edib.
Bizim.Media xəbər verir ki, Kaunas şəhərində keçirilən görüşün 14-cü dəqiqəsində fərqlənən hücumçu azərbaycanlı azarkeşlərin olduğu sektora yaxınlaşaraq əsgər salamı verib.
Xatırladaq ki, sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.
Forvard bu qolla hesabı bərabərləşdirib.
Qeyd edək ki, Litva - Azərbaycan matçında hazırda ilk hissə oynanılır və hesab 1:1-dir.
Bizim.Media

- A-
- A
- A+
İdman
17:35 / 27.09.2026
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verdi - VİDEO
Hazırda oxunan: Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verdi - VİDEO
Hazırda oxunan: Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verdi - VİDEO
639049
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.























































































