Mahir Məmmədov 3-cü dəfə FIDE-nin vitse-prezidenti seçildi

Mahir Məmmədov 3-cü dəfə FIDE-nin vitse-prezidenti seçildi

Hazırda oxunan: Mahir Məmmədov 3-cü dəfə FIDE-nin vitse-prezidenti seçildi

638988

Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) konqresi keçirilib.

Bizim.Media xəbər verir ki, ali şahmat qurumunda rəhbər vəzifələrə seçkilər baş tutub.
 

Sentyabrın 26-da FIDE-nin yeni prezidenti müəyyənləşib. Gərgin mübarizədə qalib ikinci turda məlum olub. Timur Turlov 110 səslə seçkidə qalib gəlib və növbəti 4 il müddətinə ali şahmat qurumunun rəhbəri seçilib.


Bu gün digər rəhbər vəzifələrə seçkilər və təyinat rəsmiləşib.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov növbəti 4 il müddətinə Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçilib.

Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyasının rəhbəri Mahir Məmmədov ilk dəfə 2018-ci ildə FIDE-nin vitse-prezidenti seçilib, 2022-ci ildə isə ikinci dəfə bu vəzifədə işini davam etdirmək imkanı qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO