Xəzərdə həlak olan hərbçilərin xilasedici jiletləri olmayıb

Xəzərdə həlak olan hərbçilərin xilasedici jiletləri olmayıb

Hazırda oxunan: Xəzərdə həlak olan hərbçilərin xilasedici jiletləri olmayıb
639060
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Müdafiə Nazirliyinin rəhbərliyi ilə keçirdiyi müşavirədə bildirib ki, Xəzər dənizində təlimlər zamanı həlak olan hərbçilər xilasedici jiletlərlə təmin edilməyiblər.

Bizim.Media  xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Təlimlər zamanı hərbçilər lazımi ləvazimatlarla, o cümlədən dəniz xilasedici jiletləri ilə təmin olunmayıblar”, - deyə məlumatda bildirilib.
 

Tokayev təlimlərin hazırlanmasına və keçirilməsinə, təchizata və təhlükəsizlik tədbirlərinə cavabdeh olan bütün vəzifəli şəxslərin fəaliyyətinə hüquqi qiymət verilməsini tapşırıb. Ölkə rəhbərinin sərəncamına uyğun olaraq, Müdafiə Nazirliyində kompleks yoxlamalara başlanılıb.


Qeyd edək ki, bir neçə gün öncə Qazaxıstanın Xəzər dənizindəki hərbi təlimində 19 hərbçini dalğa aparıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO