Sentyabrın 27-si – Anım Günü ilə əlaqədar Göyçay rayonunda Şəhidlər Xiyabanı ziyarət olunub.
Bizim.Media-nın Aran bürosunun verdiyi məlumata görə, ziyarətdə Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, Milli Məclisin deputatları Sabir Hacıyev və Məzahir Əfəndiyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, müharibə iştirakçıları, din xadimləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin məzarları önünə gül dəstələri düzüb, onların əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Saat 12:00-da şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Vətən uğrunda canlarını fəda edən bütün qəhrəmanlarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik.























Bizim.Media

























































































