27 Sentyabr – Anım Günü münasibətilə Naxçıvan Muxtar Respublikasında silsilə tədbirlər keçirilir.
Bizim.Media xəbər verir ki, muxtar respublikanın nazirlik, komitə, idarə, müəssisə və təşkilatlarında çalışanlar, ictimaiyyət nümayəndələri 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanların məzarlarını ziyarət edirlər.
Naxçıvan şəhərində və muxtar respublikanın rayon və kəndlərində keçirilən ziyarətlər zamanı şəhid məzarlarının önünə gül dəstələri qoyulur, dualar oxunur, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların əziz xatirəsi ehtiramla yad edilir.





Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:44 / 27.09.2026
Naxçıvanda Anım Günü qeyd olunur - FOTO
Hazırda oxunan: Naxçıvanda Anım Günü qeyd olunur - FOTO
Hazırda oxunan: Naxçıvanda Anım Günü qeyd olunur - FOTO
638984
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































