
- A-
- A
- A+
Dünya
11:02 / 27.09.2026
1 dəq oxunma
Güclü fırtına Nyu-Yorkda fəsadlar yaratdı - 100 mindən çox ev işıqsız qaldı - FOTO
Hazırda oxunan: Güclü fırtına Nyu-Yorkda fəsadlar yaratdı - 100 mindən çox ev işıqsız qaldı - FOTO
638986
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Güclü fırtına ABŞ-ın Nyu-York şəhərini və ölkənin şərq sahillərinin digər ərazilərini vurub. Güclü yağış və külək genişmiqyaslı daşqınlara səbəb olub.
Bizim.Media xəbər verir ki, bu barədə New York Post məlumat yayıb.
Nyu-Yorkun Bruklin rayonunda ağacın aşması nəticəsində 56 yaşlı kişi həyatını itirib. Fırtına nəticəsində 100 mindən çox ev və müəssisə elektrik enerjisiz qalıb.
Nyu-York ştatının qubernatoru Keti Xoçul Nyu-York, Vestçester dairəsi və Lonq-Aylenddə fövqəladə vəziyyət elan edib.
Mütəxəssislər güclü külək və yağış səbəbindən yeni ağac aşmaları və elektrik enerjisinin kəsilməsi ilə bağlı xəbərdarlıq ediblər.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.






































































































