Füzulidə Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anıldı - FOTO

Füzulidə Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anıldı - FOTO

Hazırda oxunan: Füzulidə Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anıldı - FOTO
638995
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

27 Sentyabr – Anım Günü ilə əlaqədar Füzuli rayonu ərazisində şəhidlərin xatirəsinə ucaldılan Daş Abidə ziyarət olunub.
 
Bizim.Media xəbər verir ki, Anım Günü çərçivəsində Daş Abidənin önünə əklil və qərənfillər qoyulub, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib.
 
Qeyd edək ki, Füzuli rayonu ərazisində yerləşən bu məkan Vətən müharibəsinin başladığı ilk saatlarda Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarının həyata keçirildiyi və cəbhənin yarıldığı ərazilərdən biri kimi tarixə düşüb.

Məhz burada Azərbaycan əsgərləri Vətən müharibəsinin ilk günlərində döyüşlərə atılaraq qəhrəmancasına şəhidlik zirvəsinə ucalıblar.
 
Daş Abidə həmin qəhrəmanların xatirəsini yaşadan məkanlardan biridir. Burada Vətən müharibəsinin ilk günlərində şəhid olan hərbçilərin əziz xatirəsi yad olunub, onların keçdiyi döyüş yolu ehtiramla xatırlanıb. Ziyarət iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən bütün şəhidlərə ehtiramlarını ifadə ediblər.
 

Füzulidə Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anıldı - FOTO - foto 1
Füzulidə Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anıldı - FOTO - foto 2
Füzulidə Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anıldı - FOTO - foto 3
Füzulidə Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anıldı - FOTO - foto 4
Füzulidə Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anıldı - FOTO - foto 5
Füzulidə Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anıldı - FOTO - foto 6
Füzulidə Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anıldı - FOTO - foto 7

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO