Bu ölkədə prezident seçkiləri üçün rəsmi kampaniya başladı

Bu ölkədə prezident seçkiləri üçün rəsmi kampaniya başladı

Hazırda oxunan: Bu ölkədə prezident seçkiləri üçün rəsmi kampaniya başladı
639014
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bolqarıstanda oktyabrın 25-də keçiriləcək prezident və vitse-prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb. Dövlət başçısı postu uğrunda mübarizədə 27 namizəd cütlüyü iştirak edir.

Bizim.Media xəbər verir ki, Bolqarıstan Milli Televiziyasının (BNT) məlumatına görə, seçki kampaniyası oktyabrın 23-də gecə yarısı başa çatacaq.
 

Mərkəzi Seçki Komissiyası namizədlərin qeydiyyatı ilə bağlı yoxlamaları tamamlayıb. BNT bildirir ki, prezident seçkilərində bu qədər çox namizəd cütlüyünün iştirakı ölkə üçün rekord göstəricidir.


Bolqarıstanın ictimai televiziyası seçki iştirakçılarına BNT 1 və BNT 2 kanallarında 2000 dəqiqədən artıq pulsuz efir vaxtı ayıracağını açıqlayıb. Kampaniya müddətində namizədlərin mövqelərinin debatlar, müsahibələr və xüsusi seçki proqramları vasitəsilə təqdim edilməsi planlaşdırılır.

Seçkilər Bolqarıstanda son illərdə hökumətlərin tez-tez dəyişməsi və parçalanmış siyasi mənzərə fonunda keçirilir.

Buna görə prezident seçkisinin nəticələri ölkənin gələcək siyasi balansı baxımından diqqətlə izlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO