Dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət etdilər - FOTO

Dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət etdilər - FOTO

Hazırda oxunan: Dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət etdilər - FOTO
638992
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri 27 Sentyabr – Anım Günü ilə əlaqədar Bakıda Zəfər parkını ziyarət ediblər.

Bizim.Media xəbər verir ki, əvvəlcə dini konfessiya rəhbərləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə bir araya gəliblər.
 

Çıxış edən şeyxülislam Allahşükür Paşazadə Anım Gününün Azərbaycanın müasir tarixində xüsusi əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, bu tarix xalqımızın milli dirçəlişinin, dövlətçilik qüdrətinin və Vətən sevgisinin rəmzinə çevrilib.


Şeyxülislam Vətən müharibəsi günlərində din xadimlərinin əsgərlərin, şəhid ailələrinin və qazilərin yanında olduğunu, müxtəlif dini konfessiyaların nümayəndələrinin şəhidlərin dəfn mərasimlərində birgə iştirak etdiyini vurğulayıb. O, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar arasında həmrəyliyin ölkənin mühüm mənəvi sərvətlərindən biri olduğunu bildirib.

Çıxışda, həmçinin işğaldan azad edilmiş ərazilərdə dini-mədəni irsin bərpası, məscid və ibadətgahların yenidən qurulması, eləcə də ərazilərin minalardan təmizlənməsi istiqamətində görülən işlərdən də bəhs olunub.

Sonra şəhidlərin ruhuna dualar oxunub.

Daha sonra dini konfessiyaların rəhbərləri Zəfər parkına gedərək Zəfər abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi ehtiramla anılıb.

Dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət etdilər - FOTO - foto 1
Dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət etdilər - FOTO - foto 2
Dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət etdilər - FOTO - foto 3
Dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət etdilər - FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO